İşə qəbul üzrə mütəxəssis

  • GM Construction
  • Elanın qoyulma tarixi: 15.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi:

- İşə qəbul ilə bağlı bütün məsələlərin həlli;
- Təlim və inkişafla bağlı prosedurların hazırlanması və təşkili;
- KPİ, motivasiya, xidməti fəaliyyətin qiymətləndirilıməsi ilə bağlı texniki işlər;
- İşçilərin daxili davranış, nizam – intizam qaydalarına aid işlərin təşkili;
- İşçilər arasında imtahan və sorğuların keçirilməsi;
- Müəyyən hesabatların tərtib edilməsi;
- Əsasnamə, vəzifə təlimatı və sair prosedurların hazırlanmasında iştirak edir.

Namizədə tələblər

- Yaş həddi: 25 – 40;
- Ali təhsil;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- İdarəçilik bacarığı;
- Əmək, İXM Məcəlləsini bilməli;
- Müvafiq sahədə azı 3 ildən çox iş təcrübəsi;
- MS Office, Excel, 1C proqramında sərbəst işləmə bacarığı;
- Tikinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti :

- AR ƏM əsasən rəsmiləşmə;
- Əmək haqqı sınaq müddətində 600-700 AZN, sınaq müddətindən sonra 700-1000 AZN planlaşdırılır. Fərqli əmək haqqına iddalı olanlardan məktubda qeyd etmələri xahiş olunur.
- Korporativ nömrə ilə təmin olunma;
- İş rejimi: 6 günlük, saat 09:00-18:00 - dək, şənbə saat 09:00-15:00.
- İş yeri: Bakı şəh., Heydər Əliyev pr 189.

Müraciət qaydası:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını ancaq azərbaycan dilində [email protected] elektron poçtuna göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.