Logistika və təchizat üzrə mütəxəssis

  • Horeca
  • Elanın qoyulma tarixi: 05.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin təsviri

• Satış planları və proqnozlarına uyğun import və yerli məhsul alışlarını təşkil etmək
• Anbar qalıqlarının gündəlik nəzarəti, alış proqnozlarının tərtib edilməsi
• Proqnozların dəyişilməsinə və müştəri sifarişləri dinamikasına operativ reaksiyanın verilməsi
• Sifarişlərin gündəlik müştərilərə çatdırılmasına nəzarət, yaranmış problemlərin aradan qaldırılması
• Məhsulların gömrükləməsində iştirak və nəzarət
• İmport və yerli alışların qeydiyyatını aparmaq (SAP B 1 sisteminə daxil edilməsi)
• Müntəzəm anbar sayımının təşkili

Şərtlər

• 600 - 800 AZN əmək haqqı
• İş qrafiki həftə içi 9 00 – 18 00, şənbə və bazar - istirahət günü
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Rəqabətədavamlı əməkhaqqı və bonuslar
• Xarici əməkdaşlardan təcrübə mübadiləsi imkanı
• Dinamik komandada işləmə və böyümə imkanı
• Mobil telefon və yol xərclərinin ödənilməsi

Namizədə tələblər

• Ali təhsil
• Planlama və logistika sahəsi üzrə ən azı 2 il iş təcrübəsi
• Analitik düşünmə qabiliyyəti, ünsiyyət bacarıqları
• Komandada işləmə bacarığı
• MS Office proqramlarında (xüsusilə excel) işləmə bacarığı
• SAP B1 proqramında işləmə bacarığı olması arzuolunandır
• İngilis (və ya rus dilində) rahat kommunikasiya aparmaq bacarığı

CV-lərinizi [email protected] email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Əlavə suallar yaranarsa,www.horeca.com.az saytından əldə edə bilərsiniz.

Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.