Satış nümayəndəsi

  • Horeca
  • Elanın qoyulma tarixi: 21.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin təsviri:

  • Şirkətin məhsullarının satışının təşkili və xidmətlərinin göstərilməsini təmin etmək;
  • Mövcud müştəri bazası ilə mütəmadi işləmək  Yeni müştərilərin cəlb olunması hazırlanması, alqı-satqı müqavilələrinin bağlanması
  • Görülmüş işlər haqqında hesabatların təqdimatı 
  • Şirkət  tərəfindən təhvil verilən hər bir əşyaya görə maddi məsuliyyət daşıdığı üçün, bunları daim nəzarətdə saxlamaq;
  • Müştərilərin tələbatını öyrənmək, xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək;
  • Rut üzrə müştərilərin daimi ziyarəti;
  • Korporativ formata uyğun olaraq igüzar yazışmalar və zənglərin aparılması;
  • Debitor borclarına nəzarət olunması və yığılması;
  • Şəxsi inkişafı üçün təlim və tədbirlərdə iştirak etmək

Şərtlər:

  • Əmək haqqı 1000 AZN+ Əlavə bonuslar
  • İş qrafiki həftə içi 09:00 – 18:00, şənbə, bazar-istirahət günü
  • Müntəzəm yerli və xarici təlimlərin verilməsi
  • AR  qanunvericiliyinə əsasən sənədləşmə 
  • Yanacaq və telefon danışıq haqqının verilməsi  
  • Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
  • Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı

Namizədə tələblər:

  • Ali təhsil
  • Sürücülük vəsiqəsi (B kateqoriya)
  • HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
  • Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı 
  • Ünsiyyət qurmaq və inandırmaq bacarığı
  • Şəxsi avtomobili olması
  • Təcrübə 1-3 il

CV-lərinizi email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Əlavə suallar yaranarsa, www.horeca.com.az saytından əldə edə bilərsiniz.

Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.

Əlaqədar şəxs Ə. Aygün. Əlaqə: 0552019390