Kredit üzrə Analitik

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 03.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Şöbələrin/ bölmələrin/filialların hədəflərinin yerinə yetirilməsinə yönəldilmiş bütün fəaliyyətlərdə iştirak etməli;
• Təşkilat və müştərilər haqqında olan məlumatları məxfi saxlamalı;
• Məlumat sızmasını aşkar olunarsa dərhal birbaşa rəhbərini və təhlükəsizlik şöbəsini xəbərdar etməli;
• Daimi öz professional inkişafı üzərində işləməli;
• Verilən hədəfləri yerinə yetirməli;
• Kredit müraciətlərini analiz etməli və kreditin təsdiqlənməsi qaydalarına uyğun olaraq qərarlar qəbul etməli;
• Restrukturizasiya və Monitorinq Memolarını yoxlamalı və verilmiş təsdiqetmə səlahiyyəti limitinə uyğun olaraq qərarlar qəbul etməli;
• Daha yüksək səviyyəli Kredit Komitəsinin nəzərinə təqdim etmədən öncə Restrukturizasiya təkliflərini və Monitorinq Memolarını yoxlamalı;
• Restrukturizasiya prosesinə nəzarət etməli;
• Hesablanmış silinmələrə və cərimələrə dair təsdiqetmə səlahiyyəti limitinə uyğun olaraq qərarlar qəbul etməli;
• Gecikmələrin analiz və proqnozlaşdırılması ilə bağlı hesabatların hazırlanmasında iştirak etməli;
• İFRS rezervlərin hazırlanmasında iştirak etməli;
• Risklərlə bağlı təqdimatlarda iştirak etməli;
• Restrukturizasiya hesabatları hazırlamalı;
• Portfolio analizi hesabatları hazırlamalı;
• Təşkilatın kredit portfelinin sağlam risk səviyyəsini təmin etməli;
• Risklərin azaldıması tədbirlərinin həyata keçirilməsi üçün təkliflər etməli;

Təhsil: Maliyyə/İqtisadiyyət sahələri üzrə bakalavr dərəcəsi.

İş təcrübəsi: Biznes kreditlər sahəsində azı 3 il və ya kredit risklərin idarə edilməsi üzrə azı 1 il iş təcrübəsi.

Dil bilikləri: Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı.

Kompüter bilikləri: Microsoft Office.

Tələblər:

• Komanda ilə işləmək bacarığı;
• Dürüst və etibarlı olmalı;
• Mədəni maarifləndirilmiş və detallara diqqətli olmalı;
• Çevik olmalı.

Zəruri keyfiyyətlər:

• Mükəmməl analitik və problemləri həll etmə bacarıqları;
• Prioritetləşdirmə qabiliyyəti olmalı;
• Effektiv şifahi təqdim etmə və dinləmə qabiliyyəti olmalı;
• Yaxşı yazılı ünsiyyət bacarıqları;
• Mürəkkəb sistemləri asan izah etməyi bacarmalı;
• Gərgin mühitdə işləmək bacarığına malik olmalı;
• Maliyyə analizini yaxşı bilməli;
• Maliyyə beyanatını və mühasibatlıq prinsiplərini yaxşı bilməli (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti);
• Kredit analizi və kreditvermə qaydalarını dərindən bilməli;
• Kredit rikslərin idarəolunması prinsiplərini bilməli;
• Müstəqil qərar qəbul etmə bacarığa malik olmalış.

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 31 mart 2021-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit üzrə analitik). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi