Aqronom

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 01.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uyğun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) və yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;

İş yeri: Bakı şəhəri

Namizədə aid tələblər:

- Aqronomluq sahəsində ali təhsilli;
- 3-5 il təcrübəli;
- Toxum, pestisid (bitki dərmanları), gübrə haqqında tam məlumatlı;
- MS Office və İnternet, E-Mail-dən istifadəni bilən;
- Diqqətli və məsuliyyətli, 25-35 yaş arası namizədlər müraciət edə bilər.

Əmək haqqı: Müsahibə zamanında müəyyənləşdiriləcək

İş Qrafiki: 6 günlük                                                                               

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına “Aqronom” yazmaqla CV-lərini göndərə bilərlər.