İşin təsviri
Təsvir:
- Aylıq mənfəət - zərər və balans, pul axını hesabatlarını hazırlamaq;
- Aktiv, öhdəlik, kapital, gəlir və xərclərin uçotunun həyata keçirilməsini təmin etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə, vergi hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- İnventarizasiyanın müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və prosesə rəhbərlik etmək;
- Balans maddələrinin yoxlanılmasını həyata keçirmək;
- Mühasibatlıq əməkdaşları arasında vəzifə bölgüsünün aparılmasını təmin etmək;
- Mənfəət hesabatının göndərilməsini həyata keçirmək;
- Əmək haqqının yoxlanılması və yaranan öhdəliklərin icrası;
- DSMF Hesabatının göndərilməsini təmin etmək və.s;
- İllik proqnoz büdcənin hazırlanması və büdcə proqnozlarının icrasına nəzarət;
Tələblər:
- Ali Təhsil;
- Baş mühasib kimi 3+ il iş təcrübəsi;
- Logo Tiger ilə yüksək səviyyədə işləmək bacarığı; (1C 8.3 biliyi üstünlükdür)
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Vergi Məcəlləsi və müvafiq hüquqi-normativ aktlar üzrə biliklər;
- Məntiqi və analitik düşüncə;
- Yüksək səviyyədə idarəetmə bacarıqları;
- Peşəkar Mühasib Sertifikatı mütləqdir
- Excell MC office yüksək səviyyədə
- Yaş aralığı 30-37 yaş
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək
- Şənbə və bazar günü istirahət
- Əmək haqqı: 2000 - 3000 AZN.
- Korporativ nömrə (korporativ paket).
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi qeyd edilmiş elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Baş mühasib” qeyd etməyi unutmayın.