Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssisi

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 22.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edilməsi, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi;
• Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədlərin yoxlanılması və müqavilələrin hazırlanması;
• Kredit verilməsi ilə əlaqədar hüquqi, fiziki şəxslər və fərdi sahibkarlara hesabların açılması;
• Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi;
• Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
• Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

• Orta peşə və ya ali təhsil;
• Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır;
• Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;
• Ofis avadanlığın (printer, skaner və s.) istifadəsi bacarığı;
• Verilən tapşırıqları tez və yüksək keyfiyyətlə yerinə yetirmə bacarığı.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

 

Siz elektron poçtun “mövzu” yerinə “Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi