Satış üzrə mütəxəssis

  • Santral
  • Elanın qoyulma tarixi: 18.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənərək düzgün seçim etməyə köməklik göstərmək, mallar haqqında ətraflı və doğru məlumat vermək, satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
• Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
• Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək;
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
• Müştərilərin problemləri və şikayətlərinin həllinin tezləşdirilməsi;
• Məhsulların mövcudluğu barədə məlumatlı olmaq;

Namizədə olan tələblər:

• Satış təcrübəsi 1-3 il;
• Müştərilərlə işləmək və Satış qabiliyyəti olmalı;
• Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.

Şərtlər:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Bonus sistemi mövcuddur;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Satış üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.