Daxili audit üzrə aparıcı mütəxəssis

İşin təsviri

İş tələbləri:

• Müəyyən olunmuş vaxt çərçivəsində audit yoxlamasını həyata keçirmək.
• Audit meneceri və baş mütəxəssisin nəzarəti altında risk əsaslı audit proqramını təşkil etmək.
• Mühüm biznes prosesləri, riskləri, müvafiq nəzarət və çatışmazlıqları müstəqil şəkildə müəyyən etmək.
• Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək.
• Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabata qeyd olunmalı olan məqamları aşkarlamaq.
• Biznes proseslərin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək.
• Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq daxili audit və eyni zamanda yoxlama aparılan biznes vahidinin rəhbərliyinə məlumat vermək, audit sahasi barədə tam və ətraflı hesabat hazırlamaq.
• Təyin olunmuş işləri tələb olunan prosedurlara uyğun olaraq, yüksək səviyyədə və müvafiq
• sənədləşmə qaydaları ilə tamamlanmasını təmin etmək.

Namizəd üçün tələblər:

• Mühasibatlıq, audit sahələrində 3 il iş təcrübəsi
• Ali təhsil dərəcəsi
• Mükəmməl Azərbaycan dili (yaxşı rus və ingilis dili bilikləri arzuolunandır)
• Kompüter bilikləri Microsoft Office, 1C mühasibatlıq
• İş ilə bağlı səyahət etmək imkanı
• Daxili Audit İnstitutunun standartları və COSO haqda güclü biliklər
• Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və vergi qanunvericiliyi üzrə biliklər
• Daxili Audit, Risklərin İdarə edilməsi, Dələduzluq və Daxili Nəzarət üzrə diplom və sertifikatların mövcudluğu
• Kənd təsərrüfatı sahəsində biliklər

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “aparıcı audit” yazmaqla [email protected] ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 26 fevral 2021-ci ildir.

Agro Food Investments tərəfindən digər vakansiyalar