Plastik Kartlarla Əməliyyat Şöbəsinin Baş mütəxəssisi

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 08.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Ödəniş kartı məhsulları üzrə bank əməliyyat sistemində əks olunan məlumatların yoxlanılması;
• Azericard Online Risk Monitorinq proqramında risk qaydalarını monitorinq etmək və risk qaydaları üzrə hesabatlar hazırlamaq;
• Beynəlxalq Ödəniş Sistemlərinin tələb olunan risk və əməliyyat qaydalarına riayət etmək;
• Müştərilərin plastik kartlar üzrə problemli əməliyyatlarının nəzərdən keçirilməsi, disput proseslərinin aparılması (Chargeback), plastik kartlar üzrə texniki problemlərin həll edilməsi;
• Plastik kartlar üzrə limitlərin modifikasiyası və sazlanması üçün lazımi olan işlərin aparılması. Plastik kartlar üzrə keçirilən əməliyyatların potensial fraud (dələduzluq, oğurluq) üzrə yoxlanılmasında işlərin təşkili;
• Beynəlxalq ödəniş sistemlərlə və digər banklarla işgüzar yazışmaların aparılması;
• Plastik kartlar üzrə yaranmış problemlərin aradan qaldırılmasında filiallara dəstək göstərmək;
• Kart sistemi (Telescope) ilə işləmək bacarığı;
• Chargeback və ödəniş kartları üzrə aparılan digər münaqişəli prosseslərin idarə olunma bacarığı;
• Ödəniş kartları üzrə əməliyyat risklərinin idarə edilməsi;
• Prossesinq mərkəzindən gələn faylların yüklənməsinə nəzarət, bankın gündəlik balans hesabatının sistemdən çıxardılması;
• Kart vasitəsi ilə aparılan əməliyyatlar üzrə klirinq faylları və hesabatların icrası, kart balansların yenilənməsi;
• Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklər üzrə nəzarətin aparılması;
• Şöbənin gündəlik əməliyyatları üzrə hesablaşma hesabatlarının hazırlanması və düzgünlüyünü təmin edilməsi.

Tələblər:

• Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini əla səviyyədə bilməli;
• Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi bankın normativ sənədlərinin tələblərinə yaxında bələd olmalı;
• Beynəlxalq ödəniş sistemi üzrə qaydaları bilməli;
• Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı;
• İşində dəqiq, məsuliyyətli, bilikləri artırmağa meyilli, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmalı;
• MS office proqramlarını mükəmməl səviyyədə bilməli

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

 

Siz elektron poçtun “mövzu” yerinə “Plastik Kartlarla Əməliyyat Şöbəsi / Baş Mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

 

İşəgötürənin reytinqi