Qeyri-Kredit İnzibatlaşdırılması Şöbəsinin Müdiri

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 07.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Satış nöqtələrindən daxil olan müştəri ödəniş tapşırıqlarının yığılmasının və təsdiqinin təmin edilməsi;
- Hesabların açılması üzrə sənədlərin və məlumatların Bankın müvafiq daxili qayda və prosedurlarına uyğun yoxlanılması və təsdiqlənməsinin təmin edilməsi və nəzarət;
- Depozit əməliyyatları üzrə sənədlərin və məlumatların Bankın müvafiq daxili qayda və prosedurlarına uyğun yoxlanılması və təsdiqlənməsinin təmin edilməsi və nəzarət;
- Bankın müvafiq daxili qayda və prosedurlarına uyğun digər qeyri-kredit əməliyyatlarının icra və təsdiqlənməsinin təmin edilməsi və nəzarət;
- Valyuta əməliyyatları üzrə valyuta rejimi tələblərinin gözlənilməsinə nəzarət, bununla bağlı tələb olunan məlumatların müvafiq nəzarət orqanlarına təqdim edilməsinin təmini;
- İnternet bankçılıq üzrə təsdiq tələb edən qeyri-kredit müştəri əməliyyatlarının yoxlanılması və təsdiqinin təmin edilməsi;
- Ehtiyac olduqda təlim materialları hazırlayıb təlimlər keçirmək;
- Şöbənin fəaliyyətinə nəzarəti həyata keçirmək, işin keyfiyyətinə nəzarət etmək;
- Birbaşa tabeçiliyində olan işçilərə dəstəyin göstərilməsi, işçilərin təlimatlandırılması və bilik səviyyəsinin artırılması məqsədilə tələb olunan təlimlərin təmin edilməsi;
- Yeni işçilərin tələb olunan qaydada təlimatlandırılmasının təşkili.

Tələblər:

- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- AR banklar və bank fəaliyyəti haqqında mövcud qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilindən sərbəst istifadə, Rus və İngilis dili bilikləri arzuolunandır;
- İdarəçilik bacarığı;
- Analitik qabiliyyət və işgüzar fəallıq;
- Komandada işləmək bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma.

İş müddətində əldə edəcəksiniz:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
- Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

 

Siz elektron poçtun “mövzu” yerinə “İnzibatlaşdırma və ödənişlər departamenti, Qeyri-Kredit İnzibatlaşdırılması Şöbəsi / Müdiri” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi