Mühasib

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 07.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Vergi hesabatlarının (ƏDV,ÖMV,MÖMV,Gəlir vergisi) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
- Əmək haqqı, məzuniyyət və son haqq hesabların hazırlanması .
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək .
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi .
- Gündəlik kassa, bank, mal uçotunun aparılmasını təmin edir
- Əsas vəsaitlərin uçotunu aparır .
- Malsatanlarla üzləşmələrin vaxtında aparılmasını təmin edir .
- MS Office(xüsusilə Excell), 1C 8.3 , e-gov,e-taxes və digər portallardan istifadə etmək.
- Mühasibatlıq, vergi və əmək qanunvericiliyi üzrə məlumatlı .
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti güclü olmalı .

Namizədə tələblər:

- Ali İqtisadi təhsilli
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Təşkilati, analitik və idarə etmə bacarıqlar;
- Microsoft office və 1 C proqramını yaxşı səviyyədə bilmək .

İş şərtləri:

- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: minimum 700-800 AZN;
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- İşçilərin işə gəlmə və gedməsi üçün Sumqayıt, 20 Yanvar MS yanı və Masazır qəsəbəsindən servis xidmətimiz mövcuddur.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.