Mühəndislik sahəsinin rəisi

İşin təsviri

VƏZİFƏ: MÜHƏNDİSLİK SAHƏSİNİN RƏİSİ

Əsas vəzifə və öhdəlikləri:

• Mühəndislik sahəsinin fəaliyyətini təşkil etmək və sahəyə rəhbərlik etmək;
• Limanın müxtəlif struktur bölmələrində təmir-tikinti işlərinə, liman qurğularının texniki istismarına, əvvəlcədən tərtib olunmuş tədbirlər planına, eyni ilə limanın xüsusi konstruktor bürosunun işinə və qurğuların layihə-smeta sənədlərinin yerinə yetirilməsinə operativ texniki nəzarəti təşkil etmək;
• Liman ərazisində yerləşən liman qurğularına və avadanlıqlarına təsir göstərən kənar təşkilatların qurğularının həmin ərazidə texniki cəhətdən düzgün və təhlükəsiz istismarına mütəmadi olaraq nəzarəti, nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsini təmin etmək;
• Limanın kompleks inkişafında və digər liman qurğularının tikintisi üçün layihələr hazırlanan zaman texniki istismar şərtlərini və təqdim olunmuş tələbləri nəzərə alınmaqla texniki sənədlərə baxmaq;
• Liman qurğularının texniki istismar sahəsində təkliflər və ixtiraların tətbiqinin genişləndirilməsində iştirak etmək;
• Limanın bina və qurğularının əsaslı və cari təmir işlərinin aparılmasını təmin etmək;
• lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmək və təhlil etmək, onları ümumiləşdirmək və sistemləşdirmək, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparmaq;
• qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək;
• Sahəsi üzrə prosedur, təlimat və s sənədlərin hazırlanmasını təmin etmək;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

Dil bilikləri: Azərbaycan dili, Rus dili və ingilis dili.
Təhsili: ali təhsilli - mühəndis (tikinti inşaat və ya memarlıq)
İş təcrübəsi: müvafiq sahə üzrə ən az 5 il təcrübə.
Kompüter bilikləri: MS ofis proqramları, Autocad, 3D max

Bilməlidir:

• Planlaşdırmanı və təşkilatçılığı;
• Tikinti norma və qaydalarını SniP (İNvəQ, VRVN və Azərbaycan üzrə təmir normaları (AzTN);
• Çertyojların oxunmasını və onların tərtib edilməsini;
• Layihə-smeta sənədlərinin yoxlanılmasını;
• Təmir və yenidənqurmada inşaat işlərinin həcmlərinin və qiymətinin hesablanması və tərtib edilməsini;
• İnşaat alətləri ilə işlənməsini (nivelir, teodalit, lot, exolot və s.);
• istifadə olunan texniki vasitələrin iş prinsipini, texniki və konstruktiv xüsusiyyətlərini;
• tikinti sahəsinin və ya obyektiv istehsal-təsərrüfat fəaliyyətinin müəyyənləşdirilməsinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərə bilərlər.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC tərəfindən digər vakansiyalar