Kran operatoru (Portal kran)

İşin təsviri

5-ci dərəcəli kran operatoru (Portal kran)

  • Peşə və ya Orta ixtisas təhsili;
  • İxtisas sertifikatı;
  • Sahə üzrə 1 il iş təcrübəsi.

Bilməlidir:

  • Xidmət edilən portal kranın və onun mexanizmlərinin quruluşunu;
  • Yüklərin yerdəyişmə üsullarını;
  • Texnoloji avadanlığın quraşdırılmasını;
  • Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsi;
  • Portal krana xidmət göstərilməsi qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.

Davranış bacarıqları:

  • Məsuliyyət;
  • İşi təqib etmə;
  • Detallara diqqət.

Öhdəlikər:

  • Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək;
  • Orta mürəkkəbli (0-75 ton aralığında) yük qaldırma əməliyyatlarını icra etmək; zərurət yarandıqda kranda təmir işlərində iştirak görmək və krana texniki xidmət göstərmək;
  • Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək;
  • Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək;
  • Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;
  • Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək;
  • Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;
  • Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
  • Verilən təlimatlara və işarələrə dəqiq əməl etmək.

Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir.

Tələblərə cavab verən namizədlər mail adresinə “5-ci dərəcəli kran operatoru” yazaraq öz cv-lərini göndərə bilərlər.
Müraciət üçün son tarix 01 mart 2025-ci il.