İşin təsviri
Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik-çilingər (Portal kranlar üzrə)
- İş yeri: Ələt;
- Elektrotexnika, Elektromexanika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə orta təhsil (və bənzər ixtisaslar arzuolunandır);
- Elektrik iş sertifikatı (diplom);
- Sahə üzrə 3 il iş təcrübəsi;
- MS ofis proqramları, PLC və çevirici mühərrik idarəetmə sistemlərini bilmək;
- Hündürlükdə iş bacarığı (55 metr).
Bilməlidir:
- Elektrik qurğularının quraşdırılması və texniki istismar qaydalarını;
- Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;
- Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;
- Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;
- Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;
- Portal kranlarda olan elektrik avadanlıqların konstruksiyalarını;
- Mexanizmlərin təmiri və bərkidilməsinin əsas qayda və üsullarını;
- Təmirdə işlədilən takelaj avadanlıq, mexanikləşdirilmiş alət və dəzgahların quruluş və istifadə edilməsini;
- Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;
- Kranlarda olan sabit və dəyişən cərəyan sistemlərinin sxemlərini və iş prinsiplərini.
Davranış bacarıqları:
- Məsuliyyət;
- İşi təqib etmə;
- Təhlil etmə;
- Qərar vermə;
- Detallara diqqət.
Öhdəliklər:
- Portal kranlarda yerləşən elektrik qurğuların, elektrotexniki avadanlıqların, avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarının etibarlı vəziyyətdə olmasını yoxlamaq, yaranmış nasazlıqları aradan qaldırmaq;
- İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq;
- Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;
- Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək;
- Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək;
- Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək;
- İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşmək;
- Təmir və əvəzləmə prosesini Cəmiyyətin tələblərinə, istehsalçının təlimatlarına və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) prosedurlarına uyğun olaraq həyata keçirmək;
- Qurğular, alətlər və avadanlıqları iş planına və Cəmiyyətin prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək.
Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir.
Tələblərə cavab verən namizədlər mail adresinə “Elektrik-çilingər” yazaraq öz cv-lərini göndərə bilərlər.
Müraciət üçün son tarix 01 mart 2025-ci il.