Keyfiyyətə Nəzarət üzrə Aparıcı Mütəxəssis

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Keyfiyyət idarəetmə sisteminə (KİS) aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrini hazırlamaq, onların tətbiq olunmasında iştirak etmək;
• KİS-in beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit proqramlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• KİS-in Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək;
• KİS-in müvafiq proseslərinin icrası və proses göstəriciləri ilə bağlı məlumatları toplamaq, onları analiz etmək;
• İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər vermək və keyfiyyətin artırılması üçün zəruri tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
• Müştəri məmnuniyyətinin ölçülməsi prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi üçün sorğuları maraqlı tərəflərə göndərmək, qəbul etmək, məlumatları təhlil etmək və hesabat hazırlamaq;
• KİS-nə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
• Cəmiyyətdə beynəlxalq standartlar əsasında tətbiq olunan KİS və ona dair qəbul edilmiş sənədlərlə bağlı Cəmiyyətin əməkdaşları üçün maarifləndirici seminarlar keçirmək.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır.
Təhsili: ali, ümumi ixtisas təhsilli
Yaş həddi : 25-35 yaş
İş təcrübəsi: müvafiq sahədə minimum 2-3 il təcrübə
Proqram təminatı: MS Office, MS visio

Bilməlidir:

• İSO 9001:2015 və 19011 standartlarının əsaslarını;
• Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
• Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
• Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş qrafiki: həftədə 5 gün, 09:00-18:00
İşçi Könüllü tibbi sığorta və nahar ilə təmin olunur.

Tələblərə cavab verən namizəd mövzu yerinə vakansiyanın adını qeyd etməklə 14.02.2020-ci il tarixinədək [email protected] ünvanına şəkilli cv-sini göndərə bilər.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC tərəfindən digər vakansiyalar