Korporativ katiblik şöbəsinin baş mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 21.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq prosedur və qaydalara uyğun təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsini təmin etmək;
2. İclaslar üçün tələb olunan məlumatları Şirkətin funksional bölmələrindən əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
3. Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qərarlarının reyestrini aparmaq, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək və icra vəziyyəti barədə məruzə etmək;
4. Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarılması barədə qərar vermək
5. Şirkətin korporativ idarəetmə standartlarına uyğun fəaliyyətinin təmin etmək və korporativ idarəetmə strategiyasının icra edilməsində iştirak etmək
6. Nəzarət orqanları tərəfindən gələn müraciət və sorğuları koordinasiya etmək və vaxtı-vaxtında cavablandırılmasını təmin etmək
7. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: əla
Kompüter bilikləri: MS Office: orta
Üstünlüklər: Maliyyə və ya dövlət qurumlarında katiblik şöbəsində təcrübə
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi