Müştəri xidmətləri üzrə köməkçi

  • Group Motors
  • Elanın qoyulma tarixi: 28.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklər:

• Ofisin qeydiyyat sisteminə nəzarət etmək;
• Poçtla göndərilən məktubları, bağlamaları açmaq və paylamaq;
• Qeydiyyat sənədləri və faylların məxfiliyini qorumaq;
• Reception xidmətləri göstərmək;
• Qonaqları salamlamaq, qeydiyyatını aparmaq və onlara kömək etmək;
• Telefon zənglərinə cavab vermək və onları yönləndirmək;
• Sorğulara cavab vermək və ya zəngləri şəxsi heyətin müvafiq üzvünə yönləndirmək;
• Müştəri xidmətləri, Təlim və Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
• Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.

Namizədlərə tələblər:

• Xanım namizədlər ;
• Yaş: 18-35;
• Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
• Ali təhsil;
• Xoşagələn zahiri görünüş;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Müştəri xidmətləri üzrə köməkçi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.