Çağrı mərkəzi (Call Center) operatoru

  • Tuk-Tuk
  • Elanın qoyulma tarixi: 27.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
• Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
• Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
• Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
• Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
• Xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
• Vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.

Namizədə verilən tələblər:

• azərbaycan və rus dillərində səlist danışıq qabiliyyəti;
• fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti;
• müştərilərlə ünsiyyət qurma bacarığı;
• məsuliyyətli, səbrli, stressə davamlılıq;
• MS Office proqramlarını bilmək.

İş qrafiki: növbəli.
Əmək haqqı: 400 AZN.

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.