Biznesə Dəstək Departamentinin Aparıcı Mütəxəssisi

  • Access Bank
  • Elanın qoyulma tarixi: 24.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biznesə Dəstək Departamentinin Aparıcı Mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Biznes prosesləri araşdırmaq, prosesləri əhatə edən məlumatları toplamaq və təhlil etmək;
• Bankdaxili sənədlərini hazırlamaq və aidiyyatı struktur bölmələri ilə razılaşdırmaq (prosedurlar, qaydalar və s.);
• Cari biznes prosesləri nəzərdən keçirmək və çatışmamazlıqları aşkarlamaq, proseslərin inkişaf etdirilməsi ilə bağlı təkliflər vermək;
• Digər struktur vahidlərinin tələblərinin təhlili, və İT şöbəsi üçün detallı texniki tapşırıqların hazırlanması;
• İcrada olan layihə və tapşırıqların gedişatını təqib etmək, cəlb edilmiş struktur vahidlərinin layihə işləri ilə bağlı görülən işləri analiz etmək və plandan kənarlaşmalar barədə məlumat vermək;
• Tamamlanmış, icra edilən və planlaşdırılan həllər və layihələr barədə hesabat hazırlamaq və təqdim etmək.

Tələblər:

• Ali təhsil;
• Bankda muvafiq sahə uzrə minimum 2 illik iş təcrubəsi və ya bankın filialında 3 illik təcrübə;
• Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;
• Azərbaycan və Rus dillərində fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyəti, bu dillərdə sənədləri tərtib etmək bacarığı. İngilis dili biliyi üstünlük hesab olunur;
• Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı (MS Word, MS Excel, MS PowerPoint);
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Komandada işləmək bacarığı və istəyi.

Arzu olunan bilik və bacarıqlar:

• Metodologiya və/ və ya Biznes təhlili şöbələrində iş təcrübəsi.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi