İnsidentlərin təhlili və araşdırılması şöbəsinə Baş mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

- Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
- Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
- Yüksək riskli insidentlər üzrə araşdırmaların aparılması.

Bizim üçün ideal namizəd:

- Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
- İnduktiv və Analtik Təhlil etməyi bacaran;
- MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Bankda minimum 1-3 il iş təcrübəsi olan;
- Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
- Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnsidentlərin təhlili və araşdırılması şöbəsinə Baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.