Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı)

İşin təsviri

Görəcəyiniz işlər:

• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
• Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
• Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
• Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
• Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
• Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Bizim üçün ideal namizəd:

• Ali iqtisadi təhsili olan;
• Komandada işləmək bacarığı olan;
• Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti olan;
• İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər təcrübədən asılı olmayaraq öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Bakı/Əməliyyatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az