Hüquqi təminat şöbəsinin mütəxəssis-hüquqşünası

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 19.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Hüquq departamenti,Hüquqi təminat şöbəsi
Vəzifə: Hüquqi təminat şöbəsinin mütəxəssis-hüquqşünası

Əmək haqqı: Ştat cədvəlinə uygun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 24 noyabr 2020

Vəzifə Öhdəlikləri:

1. Sığorta qanuvericiliyinə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək, Cəmiyyətin aidiyyəti strukturlarını həmin dəyişikliklərlə tanış etmək;
2. Cəmiyyətin struktur bölmələrinə hüquqi yardım göstərilməsini təmin etmək;
3. Qeyri-rezidentlərlə müqavilələrdə xarici ƏDV-nin düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
4. Qeyri-rezidentlərlə müqavilə üzrə ikiqat vergitutmanın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
5. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında AR Qanununun tələblərinin riayət olunmasına nəzarətdə iştirak etmək;
6. FATCA/CRS üzrə tələblərin təmin edilməsinə nəzarəti həyata keçirmək;
7. Hüquqi uyğunluq üzrə yoxlamalar aparmaq;
8. İdarəetmə orqanları tərəfindən qəbul edilən qərarların icrasının yoxlanılmasında iştirak etmək;
9. Cəmiyyətin nizamnaməsini hazırlamaq, korporativ idarəetmə orqanlarının əsasnamələrinin hazırlanmasında iştirak etmək;
10. Qüvvədə olan qanunvericiliyin təlblərinə riayət olunmasını yoxlamaq üçün Cəmiyyətdaxili təlimatlar, qaydalar və əmrlərinin hüquqi ekspertizasını aparmaq;

Namizədə olan tələblər:

- İş təcrübəsi: Hüquqşünas sahəsi üzrə bir il iş təcrübəsi
- Təhsili/ixtisasi: Hüquq sahəsi üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan- əla, İngilis dili - orta, Rus dili - orta
- Kompüter bilikləri: Microsoft Word – əla, Microsoft PowerPoint - əla, Microsoft Excel - orta
- Üstünlüklər: Maliyyə sahəsində hüquqşünas sahəsi üzrə təcrübə
- Fərdi keyfiyyət tələbləri:Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M. Useynov küçəsi 61
Əlaqə vasitələri: www.pasha-life.az; (012) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Hüquqi təminat şöbəsinin mütəxəssis-hüquqşünası” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşəgötürənin reytinqi