Satışa dəstək üzrə kiçik mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital MMC Satışa dəstək üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
• Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
• Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi
İş qrafiki
• Bazarertəsi – Cümə: 10:00 – 19:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300-500 AZN + Bonus
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri
Namizəddə tələblər
• 21-29 yaş aralığında olan namizədlər
• Ali təhsil
• Ana dilində səlis danışıq (Rus dili arzu olunandır)
• Müştəri yönümlülük, təqdimetmə bacarığı
• Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satışa dəstək üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.