Region üzrə Satış təmsilçisi

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 10.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Region üzrə Satış təmsilçisi

Vəzifə öhdəlikləri:

• Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
• Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
• Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
• Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
• Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər:

- Ali Təhsilli
- Müvafiq sahə və topdan satış üzrə 2-3 il iş təcrübəsi
- 27-40 yaş arası bəy namizədlər
- Təşkilati və analitik bacarıqlar
- Sürücülük vəsiqəsi mütləqdir

İş şərtləri:

- Əmək haqqı: Net 300 AZN fiks və əlavə satışdan bonus.
- Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
- Qeyd olunan ümumi regionlar üzrə (Şirvan, Sabirabad, Saatlı, İmişli,Kürdəmir,Beyləqan,Fizuli) tələb olunur.
- Regionlarda ezamiyyət xərcləri qarşılanır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.