Aparıcı mühasib

  • Elanın qoyulma tarixi: 18.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aparıcı mühasib

1. Əmək haqqının hesablanması, vergilərin düzgün tutulması və ötürülməsi, sosial fondlara sığorta ödənişlərinin təmin edilməsi.
2. Aylıq olaraq Mənfəət və Zərər hesabatının İFRS standartları əsasında hazırlanması və rəhbərliyə təqdim olunması.
3. Aylıq olaraq Əsas Performans Göstəriciləri , Birbaşa və Dolayı xərc hesabatlarının hazırlanıb müvafiq şöbəyə təqdim olunması.
4. ƏDV, MÖMV , Əmlak və Mənfəət vergi bəyəmnamələrinin hazırlanması və müvafiq qurumlara təqdim olunması.
5. Rüblük Məcburi Dövlət Sosial Sığorta , İşsizliklə Bağlı Sığorta və İllik Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim olunması.
6. Qeyri rezidentlərlə bağlı yaranmış vergi öhdəliklərini izləmək və balansı saxlamaq üçün mütəmadi olaraq yerli vergi büdcələri üçün ödənişlərin planlaşdırılması.
7. Xarici valyutalarla edilmiş əməliyyatlar nəticəsində yaranmış məzənnə fərqlərinin mühasibat uçotu üzrə kompyuter proqramında aylıq olaraq balanslaşdırılması.
8. Yerli büdcə orqanları tərəfindən daxil olmuş sorğuların yazılı və ya şifahi olaraq cavablandırılması.

Tələblər:

- Təhsil: Ali
- İş təcrübəsi: Mühasibatlıq sahəsində 3 il iş təcrübəsinə malik olmaq
- Dil bilikləri: Azərbaycan dili-sərbəst, rus,ingilis-arzuolunan

Xüsusi tələblər

- Microsoft Excel proqramı ilə yaxşı səviyyədə işləmə bacarığı.
- Xüsusi mühasibat proqramlarından (1C 8.2 ) peşəkar istifadə bacarığı

İş şəraiti:

- Ofis daxili;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00)
- Tibbi sığorta təminatının verilməsi;

CV-lər [email protected] göndərilsin.