Hüquq şöbəsinin müdiri

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 21.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Para BOKT Hüquq şöbəsinə müdir vəzifəsinə vakansiya elan edir

Əsas vəzifə və öhdəliklər:

- Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
- Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
- Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
- Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
- Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
- Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
- Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;

Tələb olunan keyfiyyətlər:

- Ali hüquq təhsil;
- Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquq şöbəsinin müdiri) qeyd etməklə göndərmələri xahiş olunur.