Təftiş üzrə menecer

  • HR Option
  • Elanın qoyulma tarixi: 21.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: HR Option

Vakansiya: Təftiş üzrə menecer

Şirkət haqqında:

HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.

Vəzifə öhdəlikləri:

● Şirkətin satış əməkdaşlarının iş fəaliyyətinə nəzarət və yoxlanılması
● Təftiş üzrə menecer öhdəliklərini icra etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qayda və prosedurların hazırlanması;
● Risklərin qiymətləndirilməsi əsasında planının hazırlanması;
● Risk qiymətləndirməsinin əsasında yoxlamaların icrası;
● Təftiş yoxlamaları zamanı əldə edilmiş faktların rəsmiləşdirilməsi və vaxtlı-vaxtında rəhbərliyin diqqətinə çatdırılması;
● Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların rəhbərlik ilə razılaşdırılması;
● Bütün yoxlama hesabatlarının düzgün və effektiv şəkildə hazırlanması;
● Rəhbərliyin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;
● Təsdiqlənmiş təftişlə bağlı prosedur qaydalara riayət edilməsinə nəzarət və tələb etmək
● Debitor borc qalıqlarının üzləşdirilməsi və hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
● Prosedur pozuntuları zamanı əməkdaşlardan izahatlardan alınması və pozuntuların araşdırılması
● Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması
● Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
● Şirkət tərəfindən işçilərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

Kvalifikasiyalar:

● Ali təhsil (Hüquq və ya İqtisadi sahədə üstünlükdür)
● Təftiş, audit sahəsində ən azı 2 il iş təcrübəsi

Biliklər və bacarıqlar:

● MS Office proqramları (xüsusilə Excel);
● AR qanunvericiliyi;
● Azərbaycan dili;
● Daxili audit prosesi üzrə bacarıqlar;
● Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
● Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
● Audit rəyləri hazırlama və yazma bacarığı;
● Dürüstlük, məsuliyyətlilik, çeviklik

Maraqlananlardan öz CV lərinizi [email protected] email ünvanına göndərmələri xahiş olunur.
Göndərilən CV-lərdə mövzu adı yerində “ Təftiş üzrə menecer ” yazılmalıdır.