İnsan Resursları, Əmək qanunvericiliyi və Avtomatlaşdırma təlimi

  • HR Option
  • Elanın qoyulma tarixi: 12.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kursun üstünlükləri:

  • Əmək Qanunvericiliyi çərçivəsində Kadr Kargüzarlığı və Əmək Haqqının Hesablanmasının birlikdə təqdim edilməsi
  • Bir neçə saniyə ərzində kadr əməliyyatları sənədlərini hazırlayan avotmatlaşdırılmış sistemlərinin qurulmasının öyrədilməsi
  • Biliklərin case-tapşırıq və simulyasiyalarla möhkəmləndirilməsi
  • İştirakçılara onlayn fərdi səhifələrin verilməsi və həmin səhifələrdən daimi olaraq istifadə etmək
  • Kadr inzibatçısından tələb olunan kompleks bacarıqlara qısa zamanda yiyələnmək şansı
  • Fərqlənərək HR Option referansını qazanmaq və karyerada irəliləmək imkanı

Kurs haqqında:

Kursun məqsədi

Kadr İnzibatçılığı kursunun məqsədi yerli əmək qanunvericiliyi çərçivəsində Kadr kargüzarlığı işinin təşkili, Əmək haqqının hesablanması, əmr, ərizə, bildiriş, statistik hesabatlar və s. tiplinsənədlərin minimum xəta və bir neçə saniyə ərzində hazırlanmasına dair bilik və bacarıqlara sahib olan hərtərəfli kadr inzibatçısı hazırlamaqdır

Kursun tərkibi: Kurs 3 modul və 10 sub-moduldan ibarətdir.

Modullar: 

  1. Əmək Qanunvericiliyi Çərçivəsində Kadr Kargüzarlığının İdarə Edilməsi
  2. Əmək Qanunvericiliyi Çərçivəsində Əmək Haqqının Hesablanması
  3. İnsan Resursları Əməliyyatları üzrə Avtomatlaşdırılmış Sistemlərin Qurulması

Tədris dili: Azərbaycan

Tədris metodikası: Təqdimatlar, İnteraktiv müzakirələr, Fərdi tapşırıqlar, Qrup işləri, Sub-modul və modul yoxlama testləri, İR əməliyyatların yerinə yetirilməsi və sistemlərin 0-dan yığılmasına dair tapşırıqlar

Tədris materialları: Təqdimat və paylama materialları, Əmək Məcəlləsi, Əmək Qanunvericiliyi Toplusu, Test toplusu, onlayn sistemlər

Mükafatlandırma: Topladıqları ümumi baldan asılı olaraq hər modul üzrə tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara diplom və sertifikatlar təqdim ediləcəkdir.
Fərqlənən iştirakçılar müştəri şirkətlərdə müvafiq İR vakansiyaları yarandıqca onlara iş üçün tövsiyyə edilə bilər.