Financial Controller

  • HR Option
  • Elanın qoyulma tarixi: 08.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Maliyyə dəyərləndirilməsinin aparılması və rəhbərliyə təqdim olunması;
- Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Büdcəyə əsasən alışlar və ödənişlər üzrə uçotun aparılması;
- Xərclərdə büdcə kənarlaşmalarının analiz edilməsi;
- Layihələrdə yaranmış fərqlərə aid hesabatların hazırlanması və fakturalanma prosesinə uyğun olaraq proqressin monitorinqin həyata keçirilməsi;
- Büdcə və pul axınının maddələr üzrə analiz edilməsi və hesabatın hazırlanması;
- Müqavilələr üzrə təhlil və Satınalma və Maliyyə məlumatlarının təhlili və həmin istiqamətdə hesabatların hazırlanması;
- Xərclərin optimizasiyası üçün təkliflərin hazırlanması və səmərəliliyin artırılması üçün yeni yolların axtarılması;
- Baş ofis və tabeli şirkətlər üzrə təsərrüfatlarda qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə nəzarət edilməsi və əməliyyatlar üzrə uçotun qanunvericilik və Mühasibat Standartlarına uyğun olaraq təmin edilməsinə nəzarət edilməsi;
- Müəyyən edilmiş prosedurların aylıq monitorinqinin həyata keçirilməsi;
- Büdcənin formalaşdırılması və hazırlanması prosesi zamanı lazimi dəstəyin göstərilməsi;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Məhsullar üzrə maya dəyərin formalaşmasının, inzibatı xərclərin analiz edilməsi;

Tələblər:

- Oxşar vəzifədə azı 3 il iş təcrübəsi;
- Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi

Maraqlanan şəxslərdən CVlərini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.