Şirkət: HR Option
Vakansiya: İşə qəbul üzrə menecer
* İş yeri: Bakı
* İş rejimi: 6 gün
* İş vaxtı: 09:00-18:00
Şirkət haqqında:
HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.
İş haqqında:
● İşçi ehtiyacının müəyyən edilməsi
● Vakansiya tələbinin müəyyən edilməsi
● Vakansiya elanlarının hazırlanması və işə qəbul kanallarında yerləşdirilməsi
● Namizəd hovuzunun yaradılması
● Namizədlərin seçilməsi və dəyərləndirilməsi
● İş təklifinin verilməsi
● Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsi
● Adaptasiya və Orientasiya proqramlarının hazırlanması və həyata keçirilməsi
● İşçilərin sınaq müddətinin qiymətləndirilməsi
● İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrası
Tələblər:
● Ali təhsil
● İşə qəbul sahəsində ən azı 3 il iş təcrübəsi
● Azərbaycan dili – əla, ingilis və rus dilləri (üstünlükdür)
● MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı
● Səlis və işgüzar danışıq bacarığı
● Komandada işləmə qabiliyyəti
● Məsuliyyətlilik, dürüstlük, çeviklik, problem həlletmə, planlaşdırma, nəzarətedicilik, müştəriyönümlülük
Uyğun və maraqlanan şəxslərdən “İşə qəbul meneceri” başlığı ilə CV-lərini [email protected] emailinə göndərmələri xahiş olunur.