Mexanik

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 06.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mexanik vəzifəsi üzrə tələblər

Vəzifələri:

• Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
• Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
• İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
• Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
• Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
• Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
• Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
• Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq;

Tələblər:

• Müvafiq sahəyə uyğun Ali və ya orta ixtisas təhsili;
• Müvafiq vəzifədə minimum 1 illik iş təcrübəsi;
• Kompüter bilikləri (Microsoft office proqramları)
• Şəxsi keyfiyyətlər:,işinə vicdanla yanaşan, məsuliyyətlilik, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları, komanda ilə işləmək;
• İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;

Əmək şəraitinin şərtləri:

• 6 günlük iş həftəsi. İstirahət həftənin Bazar günü;
• Nahar şirkət tərəfindən veriləcək;
• İş yeri Sumqayıt şəhərində yerləşir;
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə ediləcək;
• Əmək haqqı namizədin bilik və bacarıqları əsasında müəyyən ediləcək;

Qeydlər:

• Zəhmət olmazsa, emailin subject hissəsinə müraciət etdiyiniz vakansiyaya uyğun olaraq “Mexanik” sözünü qeyd edin.
• Xahiş edirik, yalnız qeyd olunan kriteriyalara uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərsinlər.