Elektrik mühəndisi

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 18.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Qurğu və elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını, qəzasız və etibarlı işini təmin edir.
  • Yeni elektrik şəbəkələrini quraşdırır.
  • Dağılmanın səbəbini aşkar edir, onların qarşısının alınması və kənar edilməsi üzrə tədbirlər görür.
  • Müəssisənin  transformatorları, generatorları, digər elektrik avadanlıq və cihazların və elektrik şəbəkəsinin texniki xidmət üzrə təlimatlar, qüvvədə olan texniki şərtnamə və normalara əsasən düzgün istismarı, vaxtında keyfiyyətli təmiri və qulluq edilməsini təmin edir.
  • Qurğuların işində nasazlığı aradan qaldırır, onların təmirini, montaj və tənzimini həyata keçirir.
  • Daxili müəssisənin  intizam qaydalarına və iş rejiminə riayət edir.
  • Qüvvədə olan təlimata əsasən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edir.

Namizədə tələblər:

  • Cihaz və avadanlıqların texniki xarakteristikalarını və konstruktiv xüsusiyyətlərini;
  • Cihaz və avadanlıqların mexanizm və fəaliyyət prinsiplərini;
  • Mexanizm və elektrotexniki ölçmələrin sınaqdan keçirilməsi qaydasını;
  • Zədələnmələrin xarakterik növlərini və onların kənar edilməsi üsullarını;
  • Elektromontaj işlərin icrasının təşkili və texnologiyasını; 
  • Elektrotexnika, radiotexnika, telemexanikanın əsaslarını; 
  • Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəni;
  • Materiallar, ehtiyat hissələri və elektrik enerjisinin məsrəf normalarını;
  • Müəssisə standartlarını və onun fəaliyyətinə dair keyfiyyət üzrə metodoloji təlimatları;
  • Vəzifəsinə uyğun prosedur və qaydaları;
  • SƏTƏM qaydalarını bilməlidir.
  • İşinə qarşı məsuliyyətli,dəqiq, intizamlı, stressədavamlı, diqqətçil, aktiv 
  • Kollektivlə işləmə bacarığı
  • İş təcrübəsi: Qeyd olunan sahə üzrə minimum 5 il

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş saatı 08:30-17:30-dək
  • Nahar vaxtı 12:00-13:00-dək 
  • Əmək haqqı: 1000-1200 AZN
  • AR ƏM-ə uyğun rəsmiləşmə
  • Cinsi: Kişi

Uyğun namizədlər mail ünvanına “Elektrik mühəndisi” yazaraq CV-lərini göndərə bilərlər.