Gömrük işləri üzrə broker

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 16.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Müştərilərə gömrük təmsilçiliyi sahəsində xidmət paketini təqdim etmək;
  • Gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
  • Sənədlərin tərtibatı, sertifikatların alınmasında müştəriyə dəstək;
  • İdxal-ixrac zamanı  yüklərə aid müvafiq orqanlardan icazənin alınması;
  • Gömrük rəsiləşdirilməsi məqsədi ilə malın gömrük sənədlərindəki məlumatların yoxlanılması;
  • Müqavilə şərtlərinə əsasən yüklərin sifarişçinin ünvanına çatdırılmasında iştirak;
  • Yüklərin göndərilməsi üçün müvafiq nəqliyyat vasitələrinin seçimində iştirak;
  • Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili,
  • Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;
  • Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq.

Namizədə qarşı tələblər:

  • Cinsi: Kişi
  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
  • Gömrük orqanları və broker xidmətləri sahəsində təcrübənin olması;
  • Dil bilikləri: Azərbaycan  və Rus dilləri əla, İngilis dili arzuolunandır;
  • Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını mükəmməl bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Azərbaycan Respublikasının Gömrük qanunvericiliyini bilməsi;
  • Beynəlxalq Tranzit prosedurunu bilməsi;
  • Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Hüquqi biliklər;
  • Müştərilərlə əlaqə qurma bacarığı;
  • İdarəetmə bacarığı;
  • Yaxşı səs tonu, göz yaddaşı və səbr;
  • Məsuliyyətlilik, dəqiqlik və dürüstlük.

İş şəraiti:

  • 5 günlük iş qrafiki – həftə içi 09:00 – 18:00
  • İş saatı 09:00-18:00-dək
  • Nahar vaxtı 13:00-14:00-dək 
  • Əmək haqqı 1000 AZN-1200 AZN 
  • AR ƏM-ə uyğun rəsmiləşmə
  • Şirkət tərəfindən yanacaq (şəxsi avtomobil istifadə olunduğu zaman) və korporativ nömrə ilə təmin edilir.