Satış meneceri
Vəzifə öhdəlikləri:
Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənilməsi;
Müştəriyə seçim etməkdə optimal köməklik göstərilməsi;
Şirkətin mövcud və yeni müştəriləri ilə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı və uzun müddətli müştəri əlaqələrinin təmin edilməsi;
Şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satış hədəflərinin planlanması və qoyulmuş hədəflərə nail olunması;
Şirkətin strategiyasına sadiq qalmaq və hər il verilən biznes və inkişaf məqsədləri çərçivəsində bacarıq və qabiliyyətlərini artırmaq;
Şirkətə gündəlik hesabatlar, həftəlik (aylıq) planlar və tələb olunan hesabatlar təqdim etmək;
Müştərilərlə görüş;
Maliyyə və pul hasilatına dəstək olmaq;
Müştəri problemlərinə şəxsən cavabdeh olmaq və işləri başdan sona izləmək.
Tələblər:
Texniki sahədə ali təhsil;
Tikinti sahəsində minimum 3 il satış təcrübəsi;
İngilis dili və rus dili biliyi;
MS Office proqramlarında işləmək bacarığı;
Sürücülük vəsiqəsi;
Yüksək ünsiyyət bacarığı;
İş vaxt: 5 gün, 09:00 – 18:00
Əmək haqqı yüksəkdir.
Maraqlanan namizədlər şəkilli CV – lərini [email protected] email ünvanına Satış meneceri başlığı ilə göndərə bilərlər.