Aparıcı proqramçı

  • eManat
  • Elanın qoyulma tarixi: 23.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aparıcı proqramçı

MODENİS MMC / EMANAT

Namizədə qoyulan tələblər:

• Ali təhsil;
• Ən azı 2 il iş təcrübəsi;
• Proqramlaşdırma bilikləri üzrə:
Tələb olunur: C#, .NET, ASP.NET, MVC, SQL, JavaScript, XML, CSS, JSON
• OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
• RDBMS, SQL bilikləri;
• Proqramlaşdırma və alqoritm qurma bacarığı və analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Komanda şəklində işləmə bacarığı;
• Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1.;

Vəzifə öhdəlikləri:

• Sistemin hazırlanması və optimallaşdırılması üçün proqram kod yazılımı;
• Şlüzlərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
• Terminal interfeysinin tərtibi və işə salınması
• Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
• Yazılan servislərin analizi, müşayiət olunması və xətaların aradan qaldırılması;
• Sistemin tətbiqi, genişləndirilməsi və təhlükəsizliyin təmini;
• Ödəmə sisteminə yeni xidmətlərin qoşulması və optimizasiyası.
• Ödənişlərin yoxlanması və üzləşməsi üçün müvafiq alətlərin yazılması.
• Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
• Windows, Web və Mobil API işləmələri.
• Ödəmə sisteminin analizi və problemlərin həlli

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
• Dəyişkən əməkhaqqı sisteminin tətbiq edilməsi (aylıq bonuslar).

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “Aparıcı proqramçı” yazılmalıdır.

İşəgötürənin reytinqi