Əlaqə Mərkəzinin rəhbəri

  • SR Group Co MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 16.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: “SR Group” MMC

SR Group” müxtəlif sahələrdə yeni-yeni uğurlara imza atan gənc bir şirkətdir.

Biz, bir neçə avtomobil brendi, elektronika mağazalar şəbəkəsi, tikinti və s. sahələr üzrə biznes istiqamətlərinin inkişafına fokuslanan, amma bununla kifayətlənməyən iddialı və inamlı komandayıq.

Müştərilərimizə yüksək keyfiyyətli və tam xidmət təqdim etmək bizim cari hədəflərimizdən biridir. Bu hədəfimizə çatmaq üçün yeni yaradılan Əlaqə Mərkəzimizdə enerjili və öyrənmək istəyi olan Rəhbərlə işə başlamaq istəyirik.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Əlaqə Mərkəzinin rəhbəri

Tələblər:

• Yaş: 25-35 yaş həddi;
• Ali təhsil;
• Azərbaycan dilini səlis, rus dilini yaxşı, ingilis dilini orta səviyyədə bilməli;
• 2 il müştəri xidmətləri (satış, xidmət və s.) sahəsində iş təcrübəsi;
• MS Office, Outlook (istifadəçi səviyyəsi);
• İdarəçilik bacarığı, liderlik;
• Təhlil etmə və qərarvermə bacarığı, problemlərin həlli;
• Mübahisəli halların idarəedilməsi prinsipləri;
• Satış bacarıqları arzuolunandır.

Vəzifələr:

• Carı proseslərə nəzarət etmək, iş yerlərinin düzgün təşkilini həyata keçirmək;
• Müştərilərin çətinliklərini həll etmək və şikayətlərini qeydə almaq;
• ƏM hədəfləri, onlara uyğun fəaliyyət göstəricilərini təyin etmək və həyata keçirilməsini təmin etmək;
• Təşkilatın biznes istiqamətləri tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə işçilərin biliklərini artırmaq və inkişaf etdirmək;
• Təlim ehtiyaclarını müəyyənləşdirmək və təmin etmək;
• ƏM-nin fəaliyyətinin səmərəliliyinə dair hesabatın təqdim etmək;
• Təşkilatın biznes istiqamətlərinin strategiyasına, işçilərin vəzifə öhdəlikləri və fərdi hədəflərinə uyğun olaraq departament daxilində iş yükünün bölüşdürülməsini təmin etmək;
• ƏM-nin ünsiyyət kanalları vasitəsilə satış həyata keçirmək;
• Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatları hazırlamaq.

İşəgötürənin reytinqi