Ofis menecer (Bakı və regionlar üzrə)

İşin təsviri

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

• Bakı
• Gəncə
• Şirvan
• Salyan

Görəcəyiniz işlər:

• Məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasının formalaşdırılması;
• Daxili təchizat-təminat məsələlərinin idarəedilməsi.
• Müştəriləri nəzakətli qarşılamaq, onların ilkin tələbatlarını öyrənmək

Bizim üçün ideal namizəd:

• Ali təhsilli;
• MS Office proqramları iş bacarığı olan;
• Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
• Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləyən və yüksək səviyyədə bilən şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər təcrübədən asılı olmayaraq öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ofis Menecer (Bakı/Region adı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az