Proqram təminatı və idarəetmə sistemləri şöbəsinin aparıcı mütəxəssisi

İşin təsviri

Tabeçilik: Struktur bölmə rəhbərinə

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- İqtisadi və digər məsələlərin həllinin riyazi modellərinin, alqoritmlərinin təhlili əsasında hesablama texnikası vasitələri ilə alqoritm və müvafiq məsələlərin yerinə yetirilməsi imkanını təmin edən proqramları işləyib hazırlamaq, onların testləşdirilməsini və sazlanmasını həyata keçirmək;
- Yeni çıxan texnologiyaları araşdırmaq və tətbiqini həyata keçirmək;
- Alqoritmik funksiyaları təyin edib yazdığı program təminatının blok sxemini hazırlamaq;
- Hazır program təminatlarının imkanlarını araşdırmaq və kodlarda redaktələr etmək;
- Texniki tapşırıqların və sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
- Perspektivli işlər və texnologiyalar barədə şöbə rəhbərinə mütəmadi məlumat vermək;
- Tapşırılmış iş barədə mütamadi olaraq şöbə rəhbərinə məlumat vermək;
- Ona tapşırılmış avadanlığın, texnika və ofis ləvazimatının qorunmasını təmin etmək;
- Fəaliyyət dairəsinə daxil olan işlərin icrası məqsədilə yerli və xarici müəssisələrlə əlaqələr qurmaq.

TƏHSİL / TƏCRÜBƏ:

- Ali təhsil
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- JS ilə işləmə bacarığı;
- C#, .Net proqramlaşdırma HTML5, CSS3 ilə işləmə bacarığı;
- Angular framework ilə işləmə bacarığı;
- Öncədən yazılmış mövcud kodları təhlil etmək və onlarla işləmək bacarığı;
- Git işləmə bacarığı.

ƏLAVƏ MƏLUMATLAR:

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mütəxəssis, Proqram təminatı və idarəetmə sistemləri şöbəsi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəyi, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin / işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.