Vəzifə: Kadrlar üzrə mütəxəssis
İşin təsviri:
• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyini etmək;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• Məzuniyyət qrafiklərinin, kadrlar əmrlərinin tərtib edilməsi;
• Dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması;
• İşəqəbul testlərini həyata keçirmək;
• Vakansiyalara uyğun namizədlərin seçilmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
• Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, sınaq müddətlərini izləmək;
Tələblər:
• Ali təhsil;
• İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi;
• Əmək məcəlləsi üzrə biliklər;
• MS Office proqramları üzrə biliklər;
• Azərbaycan dili (yüksək səviyyədə), Rus dili ;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Kadrlar üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.