Rus bölməsi üzrə köməkçi müəllim

İşin təsviri

Vakansiya: Rus bölməsi üzrə köməkçi müəllim

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Rus Bölməsinə Köməkçi müəllim vəzifəsi üçün vakansiya mövcuddur.

Vəzifələri:

• “XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzinin Orta məktəbində, ibtidai siniflərdə fənn tədrisini həyata keçirilməsində müəllimlərə kömək edilməsi ;
• Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
• Təhkim olunduğu sinifdə pedaqoji və metodiki işləri aparılmasında müəllimə kömək etmək;
• İbtidai təhsil dövrdə aparıcı fəaliyyətlərin təşkili: manipulyasiya və oyunlarla uşaqların inkişafını təmin etmək;
• Psixoloji cəhətdən rahat və təhlükəsiz təhsil mühitinin yaradılmasında, uşaqların təhlükəsizliyinin təmin edilməsində, sağlamlığının qorunması və möhkəmləndirilməsində, təhsil aldığı müddətdə uşağın emosional rifahının dəstəklənməsində iştirak etmək;
• Məktəb yaşlı uşaqların fiziki, bilikverici və fərdi inkişafını təmin etmək üçün nəzəriyyə və pedaqoji metodlara malik olmaq;
• Məktəb yaşlı uşağın şəxsiyyətinin müşahidələr əsasında öyrənmək, çətinliklərini müəyyənləşdirmək və ona kömək etmək;
• Təhsil prosesində iştirak edən təhsil müəssisəsinin digər işçiləri ilə (fənn müəllimləri, psixoloq, klub rəhbərləri , tibb işçisi) və valideynlər əlaqə saxlamaq;

Bilməlidir:

• Tədris planları və proqramlarını, tədrisdə metodiki sənədlərlə işi;
• Fənn tədrisinin və tərbiyənin metodikasını, zəruri pedaqoji, elmi-metodik və təşkilati idarəetmə məsələlərini həll edə bilmək çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqoji fənlər silsiləsini
• Tədrisdə pedaqoji işin təşkili və aparılması qaydalarını və bu sahədə respublika və beynəlxalq iş təcrübəsini;
• Məktəbdə tərbiyənin nəzəriyyəsi və metodikasını və pedaqoji kadrların ixtisaslarının artırılması qaydalarını;
• Pedaqogikanı, pedaqoji psixologiyanı, uşaqların gigiyena və fiziologiyasını;
• Təlim-tərbiyə və uşaqların inkişafının metodikasını;
• İnformasiya-kommunikasiya texnologiyalarından istifadə qaydalarını;

Тələblər:

• Ali pedaqoji təhsil (ibtidai siniflər);
• Mükəmmməl rus dili bacarığı;
• Kompyuterdən və texniki avadanlıqlardan istifadə;
• Savadlı nitq;
• Komandada işləmək bacarığı;
• Təşkilati bacarıqlar;
• Psixoloji sabitlik;
• Tez qərar qəbul etmək bacarığı

Şəxsi keyfiyyətlər

• Yüksək məsuliyyət və mənəvi sabitlik;
• Münasibət qurma bacarığı;
• 6-10 yaşlı uşaqlarla işləmə bacarığı və həvəsi
• Uşaqlara sevgi və hörmət;
• Empatiya (mərhəmətlilik);
• Dürüstlük;
• Xeyirxahlıq

Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər
https://www.21esr.com/career/jobaz/vacancy/26-komakci-muallim