İşin təsviri
Təsvir
"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC-də Azərbaycan dili müəllimi vəzifəsi üçün vakansiya mövcuddur. Bu vəzifə üzrə əsas funksiyalar arasında:
- şöbənin iş planlarına və siyasətlərinə uyğun olaraq effektiv tədris metodları vasitəsilə şagirdlərin öyrənməsini idarə etmək;
- tədrisdə davamlılıq, inkişaf və bütövlüyü təmin etmək;
- kurikulum məqsədlərinə və şagirdlərin müxtəlif ehtiyaclarına uyğun olaraq müxtəlif metod və yanaşmalardan istifadə etmək və bütün şagirdlər üçün bərabər imkan yaratmaq;
- ev tapşırıqlarını mütəmadi olaraq (ev tapşırığı siyasətinə uyğun şəkildə) vermək, öyrənməni möhkəmləndirmək və genişləndirmək;
- tədrisin və öyrənmənin keyfiyyətini artırmaq üçün komandanın üzvü kimi səmərəli fəaliyyət göstərmək;
- bütün şagirdlərin bilik və anlayışlarını dərinləşdirmək və nailiyyətlərini maksimuma çatdırmaq;
- şagirdlərin özlərini təhlükəsiz və arxayın hiss etdikləri, özünəinamlarının dəstəkləndiyi qarşılıqlı hörmət mühitində müsbət davranış idarəçiliyindən istifadə etmək;
- şəxsi təqdimat və peşəkar davranış vasitəsilə şagirdlərə nümunə olmaq;
- məktəbin və şöbənin bütün siyasətlərini bilmək və dəstəkləmək.
Tələblər:
- Azərbaycan dili müəllimliyi üzrə bakalavr dərəcəsi;
- Magistr dərəcəsi üstünlük hesab edilir;
- Rus dili üzrə B2 səviyyədə yazılı və şifahi dil bilikləri tələb edilir.
Bilik və Bacarıqlar:
- öz tədris fəaliyyətini təhlil etmək, şöbə/rəhbərlik komandasının rəylərinə əsaslanaraq tədris strategiya və texnikalarını tətbiq etmək bacarığı;
- şagirdləri ən yaxşı nəticələrə nail olmağa motivasiya etmək bacarığı;
- empatiya, həvəsli və səliqəli təqdimata malik, şagirdlərdə, valideynlərdə və əməkdaşlarda etimad yarada bilmək;
- yaxşı təşkilatçılıq bacarığına malik olmaq, işə sistemli yanaşmaq, prioritetləri müəyyənləşdirmək və vaxtında icra etmək;
- təşkilati və vaxtın idarə olunması bacarıqları.
Ünsiyyət və Əməkdaşlıq:
- Effektiv ünsiyyət bacarıqları.
- Yaxşı əməkdaşlıq bacarıqları, məktəbdə əsas şəxslərlə – həmkarlarla, şagirdlərlə və valideynlərlə – daxili və xarici işgüzar münasibətləri tez bir zamanda qurmaq bacarığı.
İş qrafiki: 08:00-16:00
İş təcrübəsi: Azərbaycan dili müəllimi olaraq 2 il iş təcrübəsi arzuolunandır. Özəl məktəb təcrübəsi üstünlük hesab edilir.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.