Sahə administratoru

İşin təsviri

“PREMİUM TRANSPORT”MMC

Vəzifə : Sahə administratoru

Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Şıx qəsəsəbəsi , Grand Park II yvə Qaradağ rayonu ,Ümid qəsəbəsi “Norm” sement zavodun ərazisi
Əlaqə nömrəsi : +994 55 909 11 13
Elektron poçt ünvanı : [email protected]

Namizədə olan tələblər :

Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
İstehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Ofis proqramlarında işləmə bacarığı

Vəzifə öhdəlikləri:

 Cəmiyyətin ümumi sahəsinə (bütün ərazilərinə, ofislərinə, yeməkxanasına, yataqxanasına) nəzarət etmək;
 Cəmiyyətin elektrik işçisinə, xadimələrinə və çayçısına birbaşa olaraq rəhbərlik və gündəlik işlərini təşkil etmək;
 Ərazidə olan çirkab suların və zibillərin daşınmasına nəzarət etmək;
 Ümumi (bütün ərazilərdə, ofislərdə, yeməkxanada, yataqxanada) təmizlik işinə nəzarət etmək;
 Yeməkxanaya nəzarət etmək (yemək siyahılarının gündəlik verilməsi, yemək talonlarının verilməsi, imzalı yemək tabelinə nəzarət edilməsi və cəmiyyətimizə yemək xidməti göstərən cəmiyyətlə qarşılıqlı gündəlik, həftəlik və aylıq hesabatların edilməsi);
 Ofis işçiləri üçün gətirilən dəftər ləvazimatlarının və təmizlik mallarının təhvil alınması və paylanılması işini icra etmək;
 Gündəlik işə gələn işçilərin gündəlik imza tabelini yoxlayıb, məzuniyyətə çıxmaq istəyən işçilərin ərizələrini yazdırıb, gündəlik icazə almaq istəyən işçilərin icazə sənədlərini imzlatdırıb İnsan Resursları şöbəsinə təqdim etmək;
 İşə yeni qəbul edilən işçiləri işə qəbul prosedurundan keçirmək, şəxsi sənədlərinin surətini çıxartmaq və işə qəbul ərizəsini yazdırdıqdan sonra İnsan Resursları şöbəsinə təqdim etmək.
 Cəmiyyətimizə xidmət göstərən mühafizə cəmiyyətinə bütün köməklik göstərmək və mühafizə cəmiyyətinin ərazidəki bütün işinə nəzarət etmək;
 ƏM və TT qaydalarına ciddi riayət etmək;
 Baş verən hadisə zamanı dərhal Cəmiyyət Rəhbərliyinə, ƏM və TT üzrə iş vaxtı cavabdeh şəxsə məlumat vermək;
 Cəmiyyət rəhbərliyi tərəfindən verilən bütün şifahi və yazılı tapşırıqları yerinə yetirmək.

İş şəraiti :

• 6 günlük iş norması 1/5-ci günlər 7 saat, 6-cı günlər 5 saat
• Nəqliyyat və yataqxana ilə təmin olunma;
• Nahar ilə təmin olunma ;
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;