Ümumi işlər üzrə direktor köməkçisi (bəy namizəd)

İşin təsviri

Namizədə tələblər:

• Ali təhsil
• Direktor köməkçisi kimi minimum 2 il iş təcrübəsi
• Yalnız bəy namizədlər
• Kompyuter bilikləri: Word, Excel, Outlook
• Xarici dil bilikləri: İngilis dili və Rus dili biliyi mükəmməl olmalı

İş öhdəlikləri:

• Cəmiyyətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
• Cəmiyyət Direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
• Cəmiyyət Direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.)
• Cəmiyyət Direktorunun gündəliyinin tutulması;
• Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək.
• Qəbul olunmuş qərarların, əmrlərin, sərəncam və göstərişlərin icrasına nəzarət etmək.
• Bütövlükdə Ümumi şöbənin iş fəaliyyəti ilə əlaqədar bütün təşkilati funksiyaları yerinə yetirmək.
• Tabe struktur bölmələrdə kargüzarlığın aparılmasında iştirak etmək və nəzarət etmək.
• İclasların təşkil edilməsi, iclaslarda iştirak etmək, iclas nəticələri barəsində müvafiq protokol, akt, və.s tərtib edib icra və nəzarətini təmin etmək.
• Sənədlər dövriyyəsinə reviziyaların aparılmasına nəzarət etmək və tabe olduğu rəhbərə məruzə etmək.
• Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək.
• İSO standartına uyğun olaraq prosedurların işləmə mexanizmiiə təmin və nəzarət etməli.
• Şöbələr üzrə iş proseslərinin prosedurlarının hazırlanmasında iştirak etməli və həmin prosedurların işləmə mexaniziminə nəzarət etməli.
• Şirkətin internet saytındakı və sosial şəbəkələrindəki məlumatın yenilənməsinə və daxil edilməsinə nəzarət etmək.
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki:

• 5 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən verilir.
• İş yerinə çatdırılma üçün servis mövcuddur.

Göstərilən tələblərə cavab verən bəy namizədlərdən CV-lərini [email protected] elektron ünvanına (“Ümumi işlər üzrə direktor köməkçisi” başlığı ilə) göndərməyini xahiş edirik. Yalnız tələblərə cavab verən bəy namizədlərlə əlaqə saxlanılacaqdır.