Keyfiyyətə nəzarət üzrə menecer

İşin təsviri

Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavodunun yaxınlığı və Baş ofis (Şıx qəsəbəsi)
Elektron poçt ünvanı : [email protected]

Vəzifə öhdəlikləri :

- Göstərilən nəqliyyat və daşınma xidmətinin keyfiyyətinin artırılması, müştərinin tələbatına uyğun olmasınının təmin edilməsi üzrə tədbirlərin həyata keçirmək;
- İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, onların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Şirkətə daxil olan maddi vəsaitləri yoxlamaq, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında rəylər hazırlamaq;
- Nəqliyyat və daşınma xidmətlərinin keyfiyyət əmsallarının hesablanmasını aparmaq, xidmətlərin keyfiyyəti üzrə dövrü olaraq hesabatları tərtib etmək.
- Nəqliyyat, daşınma xidmətlərinin keyfiyyətinin artırılması üçün müvafiq prosedurların hazırlamaq;
- Yerli qanunvericikdən irəli gələn məsələləri iş prosesində istifadə etmək və rəhbərliyə tövsiyələr vermək.
- Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını almaq;
- Beynəlxalq İSO standartının tələblərinə uyğun olaraq şirkətdə keyfiyyət idarəetmə sisteminin qurulması, tətbiqi və davamlı inkişafını təmin etmək;
- İşin icrasına nəzarəti həyata keçirmək, təhlillərin və keyfiyyət qiymətləndirmələrinin aparılması, nəqliyyat və daşınma xidmətlərinin optimallaşdırılması üçün rəhbərliyə tövsiyələr vermək;
- Keyfiyyət idarəetmə sahəsində şirkətin qarşısına qoyduğu hədəf və məqsədlərin həyata keçirilməsini təmin etmək;
- Şirkətin bütün şöbələrində tərtib edilən üzrə sənədlərin keyfiyyətinə nəzarət etmək və standartlara uyğun olması barədə tədbirlər görmək.
- Fəaliyyət istiqamətləri üzrə rəhbərliyin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;

Namizədə olan tələblər

• Ali təhsil və müvafiq sertifikatlar olmalı
• Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
• Nəqliyyat sahəsi üzrə iş təcrübəsi arzuolunandır.
• Yaş həddi 25 – 45 aralığında

İş şəraiti

• 6 günlük iş vaxtı
• Nəqliyyat ilə təmin olunma;
• Nahar ilə təmin olunma;
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına (“Keyfiyyətə nəzarət üzrə menecer” başlığı ilə) göndərməyini xahiş edirik.