Mühəndis-texnoloq

İşin təsviri

Mühəndis-texnoloq

Vəzifələri:

• Korporasiya tərəfindən hazırlanan layihələrdə iştirak edilməsi və texniki hesablamaların aparılmasında köməkliyin göstrərilməsi;
• İnvestisiya planlarının qiymətləndirməsində iştirak edilməsi və texniki hissənin analizinin aparılması, düzgünlüyünün yoxlanılması və hesabat formasında nəticənin rəhbərliyə təqdim edilməsi;
• Müəssisələr üçün avadanlıqların alınmasında iştirak edilməsi və istehsal gücünə uyğun texniki parametrlərinin müəyyən edilməsində köməkliyin göstərilməsi;
• Müvafiq işçi qruplarında, komissiyalarda və iclaslarda iştirak edilməsi və Korporasiyanın təmsil edilməsi;
• İqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasına, tətbiqinə köməkliyin göstərilməsi və müəssisələrin məhsul istehsalı prosesinə nəzarətin edilməsi;
• İstehsalatın texnoloji hazırlığının yoxlanılmasına və texniki cəhətdən yenidən qurulmasına müəyyən köməkliyin göstərilməsi;
• İstehsal prosesinin optimallaşdırılması üçün təkliflərin verilməsi;
• Xammala, materiala, əmək sərfinə nəzarət edilməsi;
• Məhsuluların və işlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edilməsi üçün təkliflərin verilməsi;
• Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsi üzrə müəyyən dəstəyin verilməsi;
• Texnolji sistemlərin layihələşdirilməsi və istehsalat kompleksinin avtomatlaşdırılması yönündə təkliflərin verilməsi və nəzarət edilməsi;
• Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsinə nəzarət edilməsi;
• Müəssisələrin yenidən qurulması, yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi üzrə layihələrdə iştirak edilməsi, təkliflərin verilməsi və nəzarətin aparılması;
• İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edilməsi;
• Yeni sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edilməsi;
• Texnoloji aqreqatlarda əmələ gələn istehsal qəzaları səbəblərinin araşdırılmasında və qəzaların qarşısının alınması üzrə müəyyən köməyin göstərilməsi;
• Zay və keyfiyyətsiz məhsul buraxılışının səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında iştirak edilməsi;
• Müəssisələrin istehsalat texnoloqlarına, onların vəzifə öhdəliklərini yerinə yetirməkdə müəyyən məsləhətin verilməsi;
• İstehsalat texnologiyasının təkmilləşdirilməsi üzrə səmərələşdirici təkliflərin müzakirə edilməsi və müəssisə şəraitində onlardan istifadənin məqsədə uyğunluğu haqqında rəy verilməsi;
• Zəruri olduğu halda digər struktur bölmələrə müvafiq köməyin göstərilməsi;

Əsas tələblər:

• Ali texniki təhsil (Xaricdə təhsilə, xüsusi ilə dünyanın aparıcı universitetlərini bitirən şəxslərə üstünlük verilir);
• Azərbaycan, rus və ingilis dillərdində sərbəst danışmaq və yazmaq;
• Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
• Müvafiq sahədə beynəlxalq sertifikatların olması üstünlükdür;
• MS Office və müvafiq sahə üzrə digər proqramlarda işləmək bacarığı;
• Beynalxalq keyfiyyət standartları barədə məlumatın olması;
• Müəssisədə məhsul istehsalının texnologiyası, layihənin sistem və metodları, müəssisə sahələrində istehsalın texnoloji hazırlığının təşkili barədə məlumatın olması;
• Texniki sənədləşməni işləyib hazırlmaq və rəsmiləşdirmək üçün lazım olan təlimat, əsasnamə və digər rəhbər materiallar barədə məlumatın olması.
• Analitik mühakimə etmək qabiliyyəti;
• Araşdırma və tədqiqat bacarıqları;
• Ünsiyyət və komandada işləmək bacarığı;
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Gərgin iş qrafikində işləmək bacarığı;

Maraqlanan şəxslər mövzu hissəsində vakansiyanın adını yazmaqla, CV-ləri [email protected] e-mail ünvanına göndərsinlər.