İnvestisiya, layihələrin idarə olunması və innovasilayar şöbəsinin aparıcı mütəxəssisi

İşin təsviri

Namizədlərə dair tələblər:

  • Maliyyə və ya biznesin təşkili üzrə bakalavr və magistr dərəcəsi;
  • Ən azı 2 il müvafiq sahədə iş təcrübəsi;
  • İnvestisiya layihələrinin həyata keçirilməsində bilik və təcrübəyə malik olmaq;
  • ACCA F3, F7, CIMA BA səviyyəsi, CFI və ya digər beynəlxalq maliyyə sertikifatlarına sahib olmaq;
  • Azərbaycan, ingilis və rus dili bilikləri;
  • ERP sistemi, MS Office proqramlarından (xüsusilə MS Excel) təkmil istifadə bacarığı

İşin təsviri:

  • Layihələr üzrə maliyyə modellərinin hazırlanması, yoxlanması və kapitalın dəyərinin qiymətləndirilməsi;
  • Müxtəlif sektorların araşdırılması və təhlilin hazırlanması; 
  • Rəhbərlik tərəfindən verilən spesifik araşdırmaların yerinə yetirilməsi;
  • Potensial investisiya imkanlarının, yeni maliyyə alətlərinin təhlilində iştirak etmək; 
  • Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi; 
  • Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına uyğunluğunun təmin edilməsi;
  • Layihə üzrə zəruri sənədləşmə işlərinin aparılması.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00 / Bazar ertəsi – Cümə 
  • Şəhər: Bakı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnvestisiya, layihələrin idarə olunması və innovasilayar şöbəsinin aparıcı  mütəxəssisi”  yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

CV-lərin Azərbaycan dilində təqdim edilməsi mütləqdir.