İşin təsviri
Vəzifə öhdəlikləri:
- Meliorativ tədbirlərini həyata keçirilməsi üçün planlar hazırlamaq;
- Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
- Becərmə və biçim müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;
- Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
- Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;
- Mütəmadi olaraq əkin sahələrini monitorinq etmək;
- Məhsul istehsalını artırmaq üçün qabaqcil texnologiyalardan istifadə etmək;
- Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
- İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
- Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın icrasının təşkili və nəzarət etmək;
- Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasını təşkil edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir;
- Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqini aparmaq;
- Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsi ilə bağlı işləri planlayır və təşkil etmək;
- İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanmasında iştirak etmək;
- Əkin sahələrində çalışan işçilərlə mütəmadi fərdi görüşlər təşkil etmək, onların problemləri, təklifləri ilə maraqlanmaq və aidiyyati şöbələr üzrə məlumatların verilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil (Aqrar sahəsi üzrə);
- Aqronom vəzifəsində ən azı 5 illik iş təcrübəsi;
- Dənli bitkilərin becərilməsi ilə bağlı iş təcrübəsi;
- MC Office proqramından istifadə bacarığı;
- Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- İdarəetmə təcrübəsi, analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə;
İş şəraiti:
- İş yeri: Saatlı rayonu;
- Nahar, korporativ nömrə, nəqliyyat və yaşayış yeri şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aqronom” yazaraq qeyd edilmiş e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.