Baş aqronom

  • Dost Agropark
  • Elanın qoyulma tarixi: 26.09.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir

  • Bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasının təşkili və icrasına nəzarət etmək;
  • Yüksək məhsuldarlığın əldə olunması üçün təcrübə əkinlərinin təşkili və effektiv üsullardan istifadə etmək;
  • Növbəli əkin sisteminin tətbiqi, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, məhsuldarlığın və torpağın münbitliyinin artırılması üçün lazımi tədbirləri görülməsini təşkil etmək;
  • Aqrotexniki tədbirlər planın hazırlanması və plan üzrə işlərin həyata keçirilməsini təşkil etmək;
  • Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə işlərini planlaşdırılması və icrasına nəzarət etmək;
  • Torpağın məhsuldarlığının artırılması, təbii torpaqların yaxşılaşdırılması və eroziyadan qorunması üçün tədbirləri həyata keçirmək;
  • Əkin planına uyğun toxum, gübrə və bitki mühafizə vasitələrinə olan ehtiyacın vaxtında təmin edilməsi üçün sifarişlərin yaradılmasını təmin etmək;
  • Məhsuldarlığın artırılması məqsədi ilə torpaq nümunələrinin laboratoriya yoxlanışını təmin edir
  • Yem bitkilərinin əkininin planlaşdırılması və həyata keçirilməsini təmin etmək;
  • Suvarma ehtiyacının müəyyən edilməsi, suvarmanın təşkili və suvarma qurğularının işinə nəzarət və s;

Tələblər

  • Ali təhsil (Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə arzu olunandır);
  • Aqronomluq üzrə 5 ildən az olmayaraq (3 ili baş aqronom kimi olmaqla) iş təcrübəsi (Tarla bitkiləri üzrə)
  • 1C və MS Office proqramlarında işləmək bacarığı;
  • İdarəetmə bacarığı, güclü ünsiyyət qabiliyyəti;

Əlavə məlumat

  • İş yeri: Zəngilan
  • İş qrafiki: 6 günlük iş rejimi ( həftə 40 saatdan çox olmayaraq)

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə 3-4 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • Qidalanma (gündə 3 dəfə)
  • Qonaqlama (Şirkət yaşayış yeri ilə təmin edir)
  • Korporativ nömrə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Dost Agropark tərəfindən digər vakansiyalar