Vergi üzrə kiçik mütəxəssis

  • Dost Agropark
  • Elanın qoyulma tarixi: 21.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların təqdim olunması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Gündəlik əməliyyatların 1 C proqramında uçota alınması;
  • Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
  • Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması.

Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar: 

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil; 
  • Müvafiq sahə üzrə təcrübəsi olması üstünlükdür;
  • Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür;
  • Elektron portallarda işləmək bacarığının olması;
  • Gömrük bəyannamələri əsasında işləmə bacarığı;
  • Vergi qanunvericiliyi üzrə biliklərə sahib olmalı;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli.

İş şəraiti:

  • İş vaxtı: 6 günlük iş rejimi;
  • Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti
  • Şirkətin faktiki fəaliyyət ünvanına ezamiyyələr nəzərdə tutulacaq.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Vergi üzrə kiçik mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 31.01.2023-ci il

Email: [email protected] 

Dost Agropark tərəfindən digər vakansiyalar